De Xea “Mançester Yunayted”i tərk edir

De Xea “Mançester Yunayted”i tərk edir
07:01 31 Dekabr 2015
75 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Mançester Yunayted” klubunun ispaniyalı qapıçısı David De Xea qış fasiləsi dövründə komandanı tərk edə bilər.

ANS PRESS-in məlumatına görə, De Xeanın Madridin “Real” komandasına keçəcəyi gözlənilir.

Bu barədə məlumatı “Goal.com” saytı yayıb. Saytın yazdığına görə, madridlilər artıq onun transferi məsələsini həll ediblər. “Real”in David De Xeanın transferi üçün ingilislərə 40 milyon avro ödəyəcəyi bildirilir. Xatırladaq ki, bu ilin yay mövsümündə De Xea “Real”a transfer edilməli idi. Avqustun 31-də gün ərzində De Xeanın “Real”a keçəcəyi gözlənilirdi.


“Mançester Yunayted” klubu

Klublar 25 milyon euroya razılıq əldə etmişdilər. Həmçinin “Real”ın qapıçısı Keylor Navas da icarə əsasında qarşı tərəfə veriləcəkdi. Lakin son məqamda bu transfer baş tutmadı. 25 yaşlı De Xeanın “Real”a keçidinin baş tutmamasının günahkarı ispan klubu olmuşdu. Madrid klubu transfer üçün lazımı sənədləri La Liqa rəhbərliyinə vaxtında göndərə bilməyib. Bu səbəbdən də ispan qolkiper “Mançester Yunayted”də qaldı və bunun ardınca klubla müqaviləsinin müddətini 2019-cu ilə kimi uzatdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR