Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Paytaxtda bayram əhval-ruhiyyəsi yaşanır (VİDEO)

Paytaxtda bayram əhval-ruhiyyəsi yaşanır (VİDEO)

Date: 31 December 2015 07:01

Artıq 2016-cı ilə saylı saatlar qaldı. Çoxları bu gün əqrəblər saat 12-ni vuranda Yeni ili harada qeyd edəcəyini də artıq planlaşdırıb.

Paytaxtda Yeni il gecəsi ən böyük izdiham Dənzkanarı Milli Parkda olur. Burada isə əsl bayram əhval-ruhiyəsidir.

Bəzədilmiş Yeni il ağacları yalnız balaların yox, həm də böyüklərin diqqətini cəlb edir.

ANS TV-nin məlumatına görə, Yeni ilin gəlişilə əlaqədar paytaxt Bakıda bayram yolkaları bəzədilib. Yolların kənarına sayrışan işıqlar vurulub. Hətta bayramın gəlişi ilə əlaqədar bir neçə gündür ki, xeyriyyə yarmarkalarıda təşkil edilib.

Təşkil edilən yarmarkada bayram üçün lazım olan ərzaq və oyuncaqların satışından əldə edilən pullar kimsəsiz və əlil uşaqlara yardım kimi ayrılır.

Yarmarkanın isə qarşısında insan əlindən tərpənmək mümkün deyil, böyüklü-kiçikli hər kəs bu məkana üz tutmuşdu.

Dənizkənarı Milli Park ərazisində də bayramın gəlişilə əlaqədar canlanma hiss olunurdu. Qurulan yolkaların ətrafında Şaxta Baba və Qar Qızda balacaları sevindirir, onlarla salamlaşır və şəkil çəkdirirdilər.

Bulvar ərazisində isə digər məkanlardan fərqli olaraq Şaxta Baba və Qar Qızla yanaşı müxtəlif cizgi filimlərinin də qəhrəmanlarına rast gəlmək mümkün idi. Ən böyük yolka isə həmişəki kimi Azalıq meydanında təşkil olunmuşdu.

Həmçinin paytaxt ərazisində olan bir neçə parkda da yolkalar qurulub. Elə Hüseyn Cavid parkında da. Balacalar öz valideynlərilə parka gələrək Yeni ilin atributları ilə şəkil çəkdirməkdən yorulmurdular.

“Azneft” dairəsində yerləşən qeyri-adi yolkaların axşam saatlarında görünüşü paytaxtın qonaqları və sakinlərini heyran edirdi.

Bir sözlə paytaxt sabah ölkəmizə qədəm qoyacaq Yeni ili qarşılamağa tam hazırdır.

Sabah axşam bulvar ərazisində təşkil olunacaq atəşfəşanlığı isə izləmək istəyən hər kəs bu məkana təşrif buyura bilər.



Tags:  Paytaxtda bayram əhval-ruhiyyəsi yaşanır VİDEO

RƏYLƏR


Top news