Tənək yarpağında şabalıdlı hinduşka ilə "örtülü" plov

Tənək yarpağında şabalıdlı hinduşka ilə "örtülü" plov
07:05 31 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Sofra" dərgisiniə istinadən tənək yarpağında şabalıdlı hinduşka ilə "örtülü" plovun hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay):

4 ədəd (hərəsi 200 qramlıq) hinduşka filesi
12 ədə iri tənək yarpağı
500 q şabalıd
su
1 x.q. kərə yağı
1 baş soğan 
1 fincan toyuq bulyonu
2 qəhvə fincanı qaymaq
1 x.q. xardal 
duz
qara istiot

plov: 

1 iri yuxa
2 st. düyü 
su
6 x.q. kərə yağı
5 st. isti toyuq bulyonu
1 qəhvə fincanı əridilmiş kərə yağı
 duz

Hinduşka filesinin hər birini döyün. 

Şabalıdları bıçaqla çərtib qaynayan suya atın, 1-2 dəqiqə qaynadın. Süzüb bir tavaya yığın, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Qabıqlarını soyub dördə bölün. 

Tənək yarpaqlarını qaynar suda saxlayıb süzün. Axar suda yuyun. 4 tənək yarpağını yanaşı (kənarları azca üst-üstə düşməklə) düzün. Üzərinə döydüyünüz fileni qoyun. Yarpaqların kənarına çıxan ətləri bıçaqla kəsin. Qalan fileləri də eyni qaydada hazırlayın. 

Tavada kərə yağını qızdırın. Xırda doğranmış soğanı əlavə edib rəngi dəyişənədək qovurun. Şabalıdı və toyuq bulyonunu əlavə edin. Duz-istiot vurun. Suyunu çəkənədək bişirin. 

Yarpaqların üzərinə düzərkən artıq qaldığı üçn kəsdiyiniz ət parçalarını blenderə qoyun. Qaymaq əlavə edib püre halına gələnədək xıdalayın. Bunu şabalıda əlavə edin. 

Tənək yarpağının üzərinə düzdüyünüz filelərin üzərinə duz-istiot səpin, xardal çəkin. 
Ortalarına şabalıdlı içi qoyun. Yarpaqlarla birlikdə rulet kimi bükün. Hər birini ayrılıqda folqayla bükün. 

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Hazır olandan sonra istədiyiniz ölçüdə dilimləyə bilərsiniz. 

Plov: 

Düyünü duzlu suda 1 saat saxlayın. Süzüb bir neçə dəfə soyuq suda yuyun. 

6 x.q. kərə yağını qazanda əridin. Düyünü əlavə edib 5 dəqiqə qovurun. Toyuq bulyonu ilə duz əlavə edib qapağını qoyun. Qaynayanadək iti, qaynara düşəndən sonra vam odda suyunu çəkənədək bişirin. Altını söndürüb 10 dəqiqə dəmdə saxlayın. 

Yuxanı dörd yerə bölün. 

Xırda formaları əridilmiş kərə yağı ilə yağlayın. Yuxa parçalarını ikiqat və kənarları çıxmaq şərtilə formaya qoyun. İçinə düyünü töküb yuxanın kənarda qalan hissələrini üzərinə örtün. Azca yağ çəkin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin. 

Süfrəyə hinduşka ruleti ilə birlikdə verin. 

Nuş olsun!

Bayramınız mübarək! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/394424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR