Laçınlı məcburi köçkün uşaqlara yeni il hədiyyələri verilib

08:08 31 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 31 dekabr, AZƏRTAC 
Laçınlı məcburi köçkünlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edənlər laçınlıları əlamətdar bayramlar münasibətilə təbrik edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə xalqımızın mənafeyinə uyğun həll edilməsini, bütün məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtmasını arzu ediblər.
Sonra Heydər Əliyev adına parkda mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş bayram konserti olub. Təqdim olunan rəngarəng musiqi nömrələri, Şaxta baba və Qar qızın çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Bayram tədbirində məcburi köçkün uşaqlara yeni il hədiyyələri verilib, Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə maddi yardım edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lachinli_mecburi_kochkun_usaqlara_yeni_il_hediyyeleri_verilib-915697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR