Bölgələrdə Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbirləri keçirilib

08:43 31 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb" (29 Mart 2017 16:57)
Qardabanidə və Bolnisidə Novruz bayramına həsr olunan şənliklər keçirilib - FOTO (20 Mart 2017 21:32)
Azərbaycan Novruz bayramını qeyd edir (20 Mart 2017 16:37)


Ağsu-Şamaxı-İsmayıllı, 31 dekabr, AZƏRTAC
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Ağsuda təntənəli tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da şəhərin mərkəzindəki bayramsayağı bəzədilmiş Heydər parkına gələn rayon rəhbərləri, ictimaiyyətin çoxsaylı nümayəndələri əvvəlcə burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra rayon mədəniyyət sarayında təntənəli yığıncaq keçirilib. Yığıncaqda “Heydər Əliyev: hamımızı birləşdirən azərbaycançılıq ideyası” mövzusunda məruzə dinlənilib. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə Azərbaycan diasporunun formalaşdırılması və təşkilatlandırılması üçün fəal iş aparıb və öz məqsədinə nail olub. Bakıda dünya Azərbaycanlılarının qurultaylarının çağırılması, nəhayət 2007-ci il martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi mühüm hadisələr idi.
Məruzə və çıxışlardan sonra tədbir bayram konserti ilə davam etdirilib.
Heydər parkında yolka ətrafında şənlik keçirilib, uşaqlara Yeni il hədiyyələri paylanıb.
X X X
Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub. 
Şəhərin mərkəzində bayramsayağı bəzədilən Heydər Əliyev parkında dekabrın 30-da keçirilən izdihamlı mərasimdə çıxış edənlər iştirakçıları təbrik edib, ümummilli lider Heydər Əliyevin azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxışlarda Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayından, onun tarixi əhəmiyyətindən söhbət açılıb.
Diqqətə çatdırılıb ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram şənliyində musiqiçilərin, Şaxta babanın və Qar qızın, nağıl qəhrəmanlarının çıxışları iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Şənlikdə uşaqlara bayram hədiyyələri təqdim olunub.
X X X
İsmayıllıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli mərasim keçirilib.
Çıxışlarda bu gün dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıların bir mərkəzdə - azərbaycançılıq ideyası ətrafında sıx birləşmələri üçün ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uğurlu dövlət siyasətindən danışılıb. Vurğulanıb ki, Ulu Öndərin gərgin səyi nəticəsində yaranan, formalaşan və təşkilatlanan Azərbaycan diasporu bu gün hər yerdə ölkəmizin maraqlarını qoruyur.
Bayram şənliyi musiqiçilərin, rəqs qruplarının çıxışları ilə davam edib, müxtəlif viktorinalar keçirilib, qaliblər mükafatlandırılıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Proqnozlar Bürosu: “Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq”

26 Aprel 2017 12:12

Elçin Əhmədov: "AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı..."

26 Aprel 2017 12:12

Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

26 Aprel 2017 12:12

SOCAR Kot-d’İvuarda qaz terminalının tikintisinə kömək edəcək

26 Aprel 2017 12:12

Nazir: "S.Ərəbistanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

26 Aprel 2017 12:12

Uşaqlar arasında suçiçəyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

26 Aprel 2017 12:12

"Accessbank" yeni kart məhsulunu istifadəyə verib

26 Aprel 2017 12:12

“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ

26 Aprel 2017 12:08

Prezident İlham Əliyev səudiyyəli naziri qəbul edtdi

26 Aprel 2017 12:08

"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"

26 Aprel 2017 12:05

"Hər gün onun qərarını dəyişməyə çalışıram"

26 Aprel 2017 12:05

Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

26 Aprel 2017 12:05

"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..

26 Aprel 2017 12:03

Mərkəz direktorunun müavini: "Bu il Azərbaycanda 5 886 nəfər suçiçəyinə yoluxub"

26 Aprel 2017 12:02

Uşaq bağçaları investisiya yatırmaq üçün uğurlu seçimdir - MÜSAHİBƏ

26 Aprel 2017 11:59

Azərbaycanda uşaqlar arasında təhlükəli xəstəlik yayılıb?

26 Aprel 2017 11:59

"Rabitə işi": təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib

26 Aprel 2017 11:57

Erməni hərbçisi pulemyotla özünü vurdu

26 Aprel 2017 11:57

İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir

26 Aprel 2017 11:57

"Rabitə İşi" yenə təxirə düşdü: 7-Cİ DƏFƏ

26 Aprel 2017 11:54

Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”

26 Aprel 2017 11:53

Qadının appendisitindən görün nə çıxdı...

26 Aprel 2017 11:53

Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

26 Aprel 2017 11:52

Meneceri: "Robert Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"

26 Aprel 2017 11:52

Bakıda küləyin binanın üstündən atdığı gəncin ADI BİLİNDİ

26 Aprel 2017 11:49

Sevgili axtaran müğənni ona qovuşdu - FOTO

26 Aprel 2017 11:48

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 1009 nəfər tutulub

26 Aprel 2017 11:47

Qubada müəllim oteldə məktub yazaraq damarlarını kəsib

26 Aprel 2017 11:47

"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"

26 Aprel 2017 11:47

Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

26 Aprel 2017 11:42

Məşhur müğənni anasını itirdi - FOTO

26 Aprel 2017 11:42

Maltanın "Eurovision-2017" təmsilçisi: "Azərbaycana səfər etməyi arzulayıram"

26 Aprel 2017 11:42

Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb

26 Aprel 2017 11:42

Kənan və Samirə cütlüyünüdən yeni FOTOları

26 Aprel 2017 11:42

"Aeroflot"da ancaq arıq qadınlar işləyə bilər? - FOTO

26 Aprel 2017 11:37

Rusiya Britaniyanı nüvə silahı ilə hədələdi

26 Aprel 2017 11:37

“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək

26 Aprel 2017 11:35

Fərqanə Qasımova solo konsert verəcək

26 Aprel 2017 11:34

Aktyorun evindən 1 çamadan narkotik tapıldı – FOTOLAR

26 Aprel 2017 11:33

Azərbaycanlı gəlin namizəd bikinidə - FOTO

26 Aprel 2017 11:32

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

26 Aprel 2017 11:32

Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

26 Aprel 2017 11:32

60 yaşlı məşhur polkovnik 5-ci dəfə evləndi - FOTO

26 Aprel 2017 11:29

Bakıda dəhşətli avtomobil qəzası

26 Aprel 2017 11:29

Azərbaycanda 2025-ci ildə əmtəə qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq

26 Aprel 2017 11:27

Çin səfiri: "Azərbaycan İpək Yolu regionunda əhəmiyyətli ölkədir"

26 Aprel 2017 11:27

Vasif Talıbov nazir müavinini işdən çıxarıldı

26 Aprel 2017 11:27

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var

26 Aprel 2017 11:24

Yeni dəb - Şəffaf cinslər - FOTOLAR

26 Aprel 2017 11:23

Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular - FOTO

26 Aprel 2017 11:22