Barak Obama potensial terror təhlükəsi ilə bağlı məlumatlandırılıb

Barak Obama potensial terror təhlükəsi ilə bağlı məlumatlandırılıb
08:47 31 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkə ərazisində Milad və Yeni il bayramları müddətincə terror aktlarının törədilə biləcəyi barədə xəbərlər haqda məlumatlandırılıb.
"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın təhlükəsizlik orqanları terror təhlükəsinə dair məlumatı təsdiq etməsələr də məsələ dövlət başçısına məruzə edilib.
Qeyd edək ki, CNN telekanalı yaxın günlərdə terror aktlarının törədilə biləcəyi üç böyük şəhərin adını açıqlayıb: Nyu-York, Los-Anceles və Vaşinqton.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/barak-obama-potensial-terror-tehlukesi-haqda-melumatlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR