Mərkəzi Bank məzənnəni hamarlayacaq

Mərkəzi Bank məzənnəni hamarlayacaq
09:22 31 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Ortamüddətli dövrdə milli iqtisadiyyatın "yenidən balanslaşdırılması", özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə ("təklif iqtisadiyyatı") keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasət qarşısında duran strateji çağırışdır.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.
 
Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək. Mərkəzi Bankın bəyanatında vurğulanır ki, yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.
 
Mərkəzi Bank nəzərə çatdırır ki, 2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir. Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar. 2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaq. Milli iqtisadiyyatın və ixracın şaxələndirilməsinə yönəlmiş əlavə tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edəcək. Neftin qiyməti tədiyə balansının profisitinə təsir göstərən başlıca amildir. Müxtəlif qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur. Neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək. Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100%-indən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır. 2016-cı ildə pul siyasəti qərarları iqtisadi artım və inflyasiya riskləri balansının qiymətləndirilməsi əsasında qəbul ediləcək.
 
Mərkəzi Bank başlıca olaraq baza inflyasiyanın idarə olunmasına yönəlmiş siyasət həyata keçirəcək. Xarici ticarət tərəfdaşı ölkələrində inflyasiya və manatın çoxtərəfli məzənnəsində baş verən dəyişikliklər inflyasiyaya təsir edən mühüm amillər olacaq. İnflyasiyanın səviyyəsinə daxili tələbin dinamikası və xarici amillər təsir edəcək. Mərkəzi Bank pul siyasətinin çərçivəsini inflyasiyanın birbaşa hədəflənməsi rejiminə uyğunlaşdırmaq istiqamətindəki fəaliyyətini davam etdirəcək. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər nəzərə alınacaq. "Üzən məzənnə" rejiminə keçdikcə Mərkəzi Bank alternativ operativ hədəflər ("lövbərlər") vasitəsilə inflyasiyanın monetar amillərinə təsir göstərməyə çalışacaq. Pul siyasətinin faiz dərəcələrinə və iqtisadiyyata ötürücülük qabiliyyətinin gücləndirilməsini təmin etmək üçün bu siyasətin effektiv həyata keçirilməsinin əsas mexanizmi olan banklararası pul bazarının inkişafının sürətləndirilməsi diqqət mərkəzində saxlanacaq, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaq.
 
Mərkəzi Bankın bəyanatında bildirilir ki, 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, "üzən məzənnə rejimi" çərçivəsində formalaşacaq.  Üzən məzənnə iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, onun orta və uzunmüddətli dayanıqlığının gücləndirilməsini, iqtisadiyyatın və ixracın şaxələnməsinin sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin etməlidir. Məzənnə rejiminin çevikliyinin artırılması valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına imkan verən ən mühüm amildir. Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca şərtlərindən biridir.
 
Növbəti ildə iqtisadi subyektlərin üzən məzənnə rejiminə adaptasiyasının tamamlanması gözlənilir. 2016-cı ildə xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin, xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaq. Digər tərəfdən, fiskal siyasət, o cümlədən dövlət investisiya siyasəti, xarici borcun idarə olunması, beynəlxalq hesablaşmalar mexanizminin təkmilləşdirilməsi tədbirləri və digər institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir. Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaq.
Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12