Bakıda ictimai nəqliyyatın iş qrafiki dəyişdi

Bakıda ictimai nəqliyyatın iş qrafiki dəyişdi
10:05 31 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

"BakuBus" avtobuslarının iş qrafiki isə daha uzun olacaq.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə paytaxt Bakıda ictimai nəqliyyatın hərəkət qrafikində dəyişiklik olıub.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu gecə nəqliyyat vasitələri adi gündəkindən daha çox xidmət göstərəcək. Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, marşurut avtobusları gecə saat 01.00-ə qədər işləyəcək. "BakuBus" avtobuslarının iş qrafiki isə daha uzun olacaq.

Bakı metrosu isə yalnız bu gün gecə saat 01.00-a qədər işləyəcək. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir bu vaxt uzana da bilər.

Bundan başqa Bakı Beynəlxalq avtovağzalı, Aəzrbaycan Dəmiryolları QSC və Azərbaycan Hava Yolları QSC bayram günləri bitənə qədər gücləndirilmiş rejimdə çalışacaqlar. Artıq qurumlarda xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı müəyyən edilib və sərnişinlərin problem yaşamamaları üçün bütün tədbirlər görülüb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR