Ərdoğanı müşayiət edirdi, Mədinədə öldü - VİDEO - FOTO

Ərdoğanı müşayiət edirdi, Mədinədə öldü - VİDEO - FOTO
10:12 31 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

"Akit" qəzetinin şef redaktoru Həsən Karakaya qaldığı oteldə infarkt keçirib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı Səudiyyə Ərəbistanı səfərində müşayiət edən jurnalistlərdən biri Mədinə şəhərində dünyasını dəyişib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Türkiyədə gündəlik nəşr olunan "Akit" qəzetinin şef redaktoru və köşə yazarı Həsən Karakaya qaldığı oteldə infarkt keçirib.
Jurnalistə ilk tibbi müdaxiləni prezident administrasiyasının səhiyyə işçiləri göstərib. Daha sonra "Kral Fəhd" xəstəxanasına çatdırılan Karakayanın həyatını xilas etmək mümkün olmayıb.

Jurnalistin ölümü səbəbindən prezident Ərdoğan səfərini başa vurmağa qərar verib. Türkiyəyə prezidenti bu gün günorta vaxtı ölkəsinə qayıdacaq. Həmçinin Həsən Karakayanın cənazəsi prezidentin xüsusi "TUR" təyyarəsi ilə İstanbula aparılacaq.

Allah rəhmət eləsin.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR