Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Estoniya klubu 4 futbolçusunun narkotik maddə qəbul etməsi səbəbindən aşağı liqaya endirilib

Estoniya klubu 4 futbolçusunun narkotik maddə qəbul etməsi səbəbindən aşağı liqaya endirilib

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutuldu (17 Mart 2017 12:53)
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı NARKOTİKLƏ TUTULDU (17 Mart 2017 12:47)
Cəlilabad sakini narkotik vasitə ilə tutuldu (12 Mart 2017 17:05)

Tarix: 31 Dekabr 2015 10:17

Bakı. 31 dekabr. REPORT.AZ/ Estoniya Futbol İttifaqının İntizam Komitəsi "Tallin" klubunu cəzalandırıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komanda üzvlərinin narkotik maddə qəbul etmələri səbəb olub.
Ötən mövsüm 2-ci liqada çıxış etdiyi vaxt aparılmış dopinq-test nəticəsində klubun 4 futbolçusunun ekstazi və çətənə qəbul etdikləri üzə çıxıb. Bunlar Kevin Arike, Kevin İngermann, Henri Niinlaub və Yevgeni Berdinskidir. Arike ekstazi və çətənə, Berdinski ekstazi, İngermann və Niynlaub çətənə qəbul edib. Onların hamısı 21 yaşında olub. Oyunçulardan 3-ü 2 il, 1-i isə 1,5 il müddətinə diskvalifikasiyaya məruz qalıb. "Tallin" komandası isə 4-cü liqaya endirilib.
Qeyd edək ki, narkoman futbolçular arasında ən tanınmışı Kevin İngermann olub. O, bir neçə il öncə "Levadiya" və Estoniyanın 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib. 

Teqlər:  Estoniya klubu futbolçusunun narkotik maddə qəbul etməsi səbəbindən aşağı liqaya endirilib



RƏYLƏR


Top xəbərlər