"Bəlkə zəlzələ olar və Ərdoğan yoxa çıxar”

"Bəlkə zəlzələ olar və Ərdoğan yoxa çıxar”
10:17 31 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Hərbi dövlət çevrilişi ilə Misirdə hakimiyyəti ələ keçirən xuntaçı Abdülfəttah əs Sisiyə yaxınlığı ilə tanınan misirli jurnalist Əhməd Musa diplomatik qalmaqala səbəb olacaq sözlər deyib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Türkiyə və bu ölkənin prezidenti barədə danışan Musa sadəcə misal verdiyini deyib:

"2016-cı ilin bizə nələr gətirəcəyini bilmərik. Bəlkə bu il böyük bir zəlzələ olar, bu zəlzələ ilə Ərdoğan və onun sarayı yoxa çıxar."

Gülərək danışmağa davam edən Əhməd Musa, "Səhv başa düşməyin. Misal üçün deyirəm." - deyə sözünü bitirib.

Misirli jurnalist Qətərin sabiq şeyxi Həmid bin Xəlifə əl Saninin ayağının sınmasını da özünəməxsus formada ələ salıb. "Ölkəmiz Misir barədə "komplo nəzəriyyələri" yaradan Qətər şeyxinin də ayağı sınıbmış. Allah kömək olsun." - deyən Musa bunların öz fikirləri yox, astroloji proqnoz olduğunu iddia edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR