Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor Rusiya vətəndaşlığından çıxır

Məşhur aktyor Rusiya vətəndaşlığından çıxır

Date: 31 December 2015 11:05

Məşhur aktyor Aleksey Serebryakov Rusiya vətəndaşlığından imtina edərək Kanada vətəndaşı olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Banditski Peterburq" serilalının ulduzu bundan sonra vətəninə yalnız iş vizası ilə çəkilişlərə gələcək. O, 2012-ci ildə Kanadaya gətirdiyi ailəsinə də bu ölkənin vətəndaşlığını rəsmiləşdirib.

"Rusiyada çox vaxt deyirlər ki, Qərb ölkələrində gülüşlər sünidir. Lakin mən süni gülüşü təbii qəzəbdən daha üstün tuturam. Çox təəssüflə bildirirəm ki, mən burada öz uşaqlarımı kobudluq və təcavüzdən qoruya bilmirəm. Buranın havası belədir", - aktyor öz qərarını izah edərkən deyib.

Serebryakovun sözlərinə görə, o istəyir ki, uşaqları "biliyin, əməyin qiymətləndirildiyi dünyada böyüsünlər, və bunun üçün kimisə itələmək, kobud olmaq və insanlardan qorxmaq lazım olmasın".
Milli.Az


Tags:  Məşhur aktyor Rusiya vətəndaşlığından çıxır


RƏYLƏR


Top news