2016-cı ili ən tez qarşılayan ölkələr

2016-cı ili ən tez qarşılayan ölkələr
11:11 31 Dekabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Artıq bizi 2016-cı ildən bir neçə saat ayırır. ANS PRESS-in məlumatına görə, saat fərqinə əsaslanaraq, dünya ölkələrindən bəziləri Yeni ili tez, bəziləri isə daha gec qarşılayırlar. Bəs bayram senvincini ilk olaraq hansı ölkə yaşayır?

Yeni ili daha tez qarşılayan ölkələr:


Yeni ili ən son qarşılayan ölkələr:


Yeni ili tez qarşılayanlar içərisində ardıcıl olaraq, Hindistan, Əfqanıstan, İran, Rusiya, İtaliya, İspaniya, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ da var.

Yeni il - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilib. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Ümumiyyətlə, dünya ölkələri Yeni ili müxtəlif adət-ənənə ilə qey edirlər. Məsələn, İtaliyada yeni ildə uşaqların Şaxta babaları yox, Şaxta nənələri olur. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin, ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə minib.


Yeni il Rusiyada


Azərbaycanda isə Yeni il gecə süfrə açılır. Süfrəyə müxtəlif dadlı təamlar düzülür. Bu gün küsənlər barışır. Hamı bir-birinə qonaq gedərək, hədiyyələr verir. Saat 12:00-da isə hər kəs Yeni ili öz evində keçirir.

Nəinki, Yeni il, bütün bayramları harada, necə keçirməyindən asılı olmayaraq, hər kəsə can sağlığı, süfrələrinin bol olmasını diləyirik. Qoy, 2016-ci il dünya xalqları üçün düşərli illərdən biri olsun!







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR