İstanbulda 200-dən çox aviareys ləğv edilib

11:32 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından planlaşdırılan bəzi səfərlər ləğv edilib.
"Türk Hava Yolları"nın (THY) rəsmi səhifəsində edilən açıqlamaya görə, iki hava limanında, bu gün və sabah, güclü qar səbəbindən hava limanlarının yüklənməsini azaltmaq üçün 200-dən çox daxili və xarici reyslər təxirə salınıb.
Xatırladaq ki, İstanbulda dünəndən güclü qar yağır.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/i-stanbulda-200-den-cox-aviareys-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR