"Azərsu" məcburi köçkünlərə ərzaq yardımı edib

"Azərsu" məcburi köçkünlərə ərzaq yardımı edib
15:59 30 Dekabr 2014
92 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial tədbirlər həyata keçirib. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən Saatlı  rayonunda müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilib. Cəbrayıl, Fizuli, Ağdam, Laçın, Zəngilan və işğal olunmuş digər rayonlardan olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanıb.  “Azərsu” ASC-nin  Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi növbəti yardım tədbiri Bakı şəhəri Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində keçirilib. Uşaq evində  bayram süfrəsi təşkil edilmiş, hədiyyələr və gündəlik istifadə olunan məişət ləvazimatları təqdim olunub. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR