Qusara qar yağdı, yollar iflic oldu (FOTO)

Qusara qar yağdı, yollar iflic oldu (FOTO)
11:51 31 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il günü qarın yağması Qusarda fəsadlara səbəb olub. Gecə saatlarından yağmağa başlayan qar əsasən rayonun mərkəzdən kənar yollarında problemlər yaradıb. ANS PRESS-in məlumatına görə, havanın şaxtalı olması yolların buz bağlamasına gətirib çıxarıb ki, bu da sürücülərin hərəkətinə maneələr yaradıb.

Daha ciddi vəziyyət isə Xudat və Rusiya sərhədi istiqamətindəki yollarda müşahidə edilir. Sürücülər də buzlu yollarda hərəkətin təhlükəli olduğunu deyir və yollarda tədbir görülmədiyindən şikayətlənirlər.



Qusar -31.12.2015

Rayonun mərkəzi yollarında isə vəziyyət nisbətən yaxşıdır. Buz bağlayan yollara qum tökülüb. Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev havanın qarlı və şaxtalı olması ilə bağlı gecə saatlarından gücləndirilmiş iş rejiminə keçdiklərini bildirib. Onun sözlərinə görə, rayonda kifayət qədər qum və duz ehtiyatı var.


Rayon mərkəzi

300 ton qum, 50 ton duz ehtiyatı olduqunu bildirən rəsi hazırda bütün istiqamətlərdə yolların açıq olduğunu deyib. Şahdağ, Qusar-Quba istiqamətlərində yollarda işlədiklərini bildirən qurum rəsmisi Rusiya sərhədi istiqamətində də yola nəzarətin artırılacağını deyib.

Quba ərazi hidrometrologıya müəssisəsindən verilən məlumata görə, gecə saatlarında və səhər dağlarda 12 dərəcə şaxta, Quba və Qusarda isə 5 dərəcə şaxta müşahidə olunub. Qarın hündürlüyü 10-15 sm-ə çatır. Quba-Xınalıq yolunda isə qar hələ fəsadlar törətməyib və yol açıqdır.



Qara görə yolda qalan maşınlar


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR