Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin Ukraynanı "donmaqdan" xilas etdi

Putin Ukraynanı "donmaqdan" xilas etdi

Date: 31 December 2015 12:01

Ukrayna 2016-cı ildə də Rusiya qazını əvvəlki qaydalarla ala biləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Amma Ukrayna höküməti Rusiyadan hazırki qiymətlərlə qaz almaq istəmədiyini açıqlayıb. Onlar min kubmetrə 200 dollar təklif etsələr də Rusiya bunu nəzərə almayaraq, ixracı 230 dollardan davam etdirmək niyyətini açıqlayıb.

“Qazprom” şirkəti də Ukraynaya qazın qiymətində güzəşt olunmayacağını açıqlayıb.

Ukraynanın "Naftoqaz" şirkətinin verdiyi məlumata görə, 2015-ci ildə Ukrayna Avropadan qazın idxalını iki dəfə artıraraq 5,1 milyard kubmetrdən 10,2 milyard kubmetrə çatdırıb. Amma Rusiyadan isə idxalı 14,1 milyard kubmetrdən 6,1 milyard kubmetrə qədər endirib.

Noyabrın 25-də Ukrayna qaz borcunu ödəmədiyi üçün Rusiya bu ölkəyə ixarcı dayandırmışdı. Həmin vaxt rəsmi Kiyev borcunu ödəmə bilməyəcəyini açıqlamışdı.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, əgər Ukrayna üç milyard dollar borcunu vaxtında ödəməsə, o zaman Rusiya məhkəməyə müraciət hüququndan istifadə edəcək.


Yuri Uşakov - Rusiya prezidentinin köməkçisi


Ukrayna Avropanın qaz təminatında ən böyük tranzit ölkədir. Rusiya və Ukrayna arasındakı münaqişə Avropanın mavi yanacaq təhlükəsizliyinə böyük zərbə vurur. Rusiya və Ukrayna arasında münaqişə Avropanın şərqində yeni münaqişə ocağının yaranması ilə nəticələndi. Hazırda Ukraynanın şərqi və Krım yarımadası Rusiyanın nəzarəti altındadır.


Rusiyanın nəzarət etdiyi Ukrayan əraziləri

Tags:  Putin Ukraynanı donmaqdan xilas etdi



RƏYLƏR


Top news