Naxçıvan Muxtar Respublikasında bu il kredit qoyuluşları 27% artıb

12:07 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, İdarənin sədr müavini Elvin Axundov çıxış edərək bildirib ki, Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2015-ci il dekabrın 1-nə qədər muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşları 123,047 mln. manat, o cümlədən qısamüddətli - 17,405 mln. manat, uzunmüddətli kreditlər isə 105,642 mln. manat təşkil edib.
E.Axundovun sözlərinə görə, kredit qoyuluşları keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% və ya 25,8 mln. manat artıb: "Bank və kredit təşkilatları tərəfindən 2015-ci ilin 11 ayı ərzində 66,141 mln. manat kredit verilib ki, bunun da 24,108 mln. manatı qısamüddətli, 42,033 mln. manatı isə uzunmüddətli kreditlərdir. Naxçıvanda elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə verilmiş tapşırıqlara uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətləri və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib".
O qeyd edib ki, muxtar respublika ərazisində əsas ödəniş alətlərindən sayılan bankomatların sayı 55-i Naxçıvan şəhəri, 43-ü rayonlarda olmaqla, 98 ədədə, POS-terminalların sayı isə 478-i Naxçıvan şəhəri, 536-sı rayonlarda olmaqla, 1014 ədədə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/naxcivan-muxtar-respublikasinda-bu-il-kredit-qoyuluslari-27-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR