Bütün hərbi hissələrdə "Açıq qapı" günü keçirilir

Bütün hərbi hissələrdə "Açıq qapı" günü keçirilir
12:16 31 Dekabr 2015
13 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın bütün hərbi hissələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Axşam.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən baş tutub.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan əlavə, hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR