Bahar Muradova: Azərbaycan bu təsirləri yalnız indi-indi hiss etməyə başlayır

Bahar Muradova: Azərbaycan bu təsirləri yalnız indi-indi hiss etməyə başlayır
12:38 31 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan 2015-ci ildə bir dövlət olaraq, Azərbaycan xalqı qarşısındakı öhdəlikləri, hakimiyyətin prioritet sahə kimi qəbul etdiyi istiqamətlərin inkişafını, nəzərdə tutulan layihələri, proqramları demək olar ki, bütövlükdə həyata keçirib.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ölkənin həyatında çox vacib hadisələr baş verib. Azərbaycan ölkə daxilində və xaricində nəzərdə tutduğu istiqamətlər üzrə fəaliyyətini davam etdirib.

B.Muradova qeyd edib ki, 2015-ci il dünyada iqtisadi, siyası, hərbi sahədə problemli il kimi yadda qalıb: "Dünyanın müxtəlif regionlarında çoxsaylı yeni konfliktlər, müharibə ocaqları, çox milyonlu qaçqın-köçkün ordusu yaranıb. Amma buna baxmayaraq Azərbaycan bu proseslərdən daha az zərər çəkmək istiqamətindəki fəaliyyətini və qabaqlayıcı tədbirlərini qısa zamanda qurduğu üçün bu təsirləri yalnız indi-indi hiss etməyə başlayır: “Sadalanan problemlər, həyata keçirilən iqtisadi proseslər, süni şəkildə yaradılmış iqtisadi problemlər Azərbaycana öz təsirini göstərir. Bu isə Azərbycan manatının məzənnəsi ilə bağlı meydana gələn yeniliklərdir ki, onu da indi hiss etməyə başlayırıq”.

Amma B.Muradova hesab edir ki, 2015-ci ildə Azərbaycanın həm iqtisadi, həm siyasi sahədə çoxsaylı uğurları olub. Azərbaycan idman ölkəsi kimi Birinci Avropa Oyunlarının təşkil olunması ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi uğurla yerinə yetirib, çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib.

2015-ci ildə ölkədə növbəti parlament seçkilərinin də keçirildiyini qeyd edən B.Muradova əlavə edib ki, Azərbaycana kənardan təzyiqlərin göstərilməsinə, ölkəmizə qarşı bir sıra qaralama kampaniyalarının aparılmasına baxmayaraq, parlament seçkiləri beynəlxalq seçki standartlarına və ölkə qanunvericliyinə uyğun həyata keçirilib, yeni, legitim Azərbaycan parlamenti formalaşıb: “Hesab edirəm ki, Azərbaycan parlamenti dünyada və ölkədə gedən prosesləri nəzərə alaraq, öz funksiyalarını həyata keçirmək qabiliyyətinə malik olan bir parlamentdir. Şübhə etmirəm ki, 2016-cı ildə də parlament həm qanunvericilik, həm beynəlxalq əlaqələrin davam etdirilməsi sahəsində, ümumilikdə Azərbaycanda həyata keçirilən siyasətə dəstək verən bir formada fəaliyyət göstərməklə uğurlar qazanacaq. 2015-ci il sosial, iqtisadi, mədəni sahədə həm uğurlar, həm də müəyyən qədər çətinliklərlə yadda qalıb. 2015-ci il ölkədə “Kənd təsərrüfatı” ili olub. Bu il ərzində kənd təəsrrüfatının inkuişafi üçün bütün lazımlı addimlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.

B.Muradova qeyd edib ki, 2015-ci ildə vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycan mətbuatı, qeyri-hökumət təşkilatları, siyasi partiyalar öz fəaliyyətlərini bu il ərzində fəal şəkildə davam etdiriblər: “Hökumətlə bu qurumlar arasında normal münasibətlər formalaşıb. Bu əlaqələndirməni həyata keçirən qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər. Azərbaycan getdikcə daha fəal vətəndaş cəmiyyətinə malik olan bir ölkə olduğunu sübut etməkdədir”.

Milli Məclisin payız sessiyasında 2016-cı ilin dövlət büdcəsinin də qəbul edildiyini xatırladan B.Muradova əlavə edib ki, büdcəyə yenidən baxıla bilər: “Sənədi ciddi şəkildə müzakirə etdik. Amma neftin qiymətinin dəyişməsi ilə bağlı ola bilər ki, büdcə məsələsinə yenidən baxılsın. Bunu indidən söyləyə bilmərəm. Amma tendensiyalar onu göstərir ki, bəzi məsələlərədə yenidən dəyərləndirmələr aparmağa ehtiyac olacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR