Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi

Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi
12:47 31 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 31 dekabr saat 10:00-dan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Açıq qapı" gününün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm edən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, bu həmrəyliyə öz töhfəsini verir.

"Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Bu gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR