Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib

Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib
12:53 31 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 31 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.
Mədəniyyət Mərkəzində təşkil olunan şənlikdə təxminən 150-yə yaxın azərbaycanlı uşaq və onların anaları iştirak ediblər.
Mərasimdə AMM direktorunun müavini Polad Zeynalov və RAMMM sədrinin müavini Firdovsi Hüseynov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxt böyüməyi, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc və şadlıq bəxş etmələrini arzulayıblar.
Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları, klounlar iki saata yaxın uşaqları əyləndiriblər.
Şənlikdə mahnı, şeir və rəqs müsabiqə və yarışları da keçirilib, qaliblərə hədiyyələr verilib.
Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblı bir-birindən gözəl rəqslərimizi ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_azerbaycanli_usaqlar_uchun_Yeni_il_senliyi_teskil_edilib-915716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR