1 pomidor 2 dollar (FOTO)

1 pomidor 2 dollar (FOTO)
12:56 31 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan sonra bu ölkədə meyvə və tərəvəzin qiymətində kəskin bahalaşma yaşanır.

ANS PRESS-in məlumatına görə, 1 kiloqramı Rusiyada 560 rubla (8 dollar) satılan pomidoru ruslar artıq məcburən dənə ilə almağa başlayıblar. Belə ki, ortalama hesabla 1-i 260 q olan pomidor 2 dollara başa gəlir.

Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra türk mallarının bu ölkəyə aparılmasında ciddi problemlər yaşanıb. İlk ən ciddi mane ilə üzləşən isə pomidor məhsulu olub.
Hətta Vladir Putin onlara qarşı cinbayət törədənlərin pomidorla canlarını qurtara bilməyəclərini deyib.
Pomidor məsələsi qalmaqallı açıqlamaları ilə tanınan Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin də qiddətindən kənarda qalmayıb. O, bu məhsulların Rusiyaya gətirməsinə qarşı çıxıb. "Bizə Türkiyənin pomidorları lazım deyil. Ümumiyyətlə, Türkiyədə istehsal olunan meyvə-tərəvəzi heç mal-qaraya da vermək düzgün deyil".

Əldə edilən son hesablamalara görə, Türkiyə Rusiyaya 2015-ci ilin son 10 ayı ərzində 300 min ton pomidor, 255 min ton sitrus meyvələri, 20 min ton ət və 36 min ton duz ixrac edib.


1 pomidor 2 dollar - Rusiyada market.

Rusiya Baş naziri Dmitri Mevedyev Türkiyəyə tətbiq edilən sanksiyalar haqqında sərəncamı imzalaması ilə, 1 yanvar 2016-cı il tarixindən Rusiyadakı inşaat, otel, turizm, və xidmət sektrounda türk şirkətlərinin fəaliyyət göstərməsi qadağan olunub.

Türkiyənin Rusiyaya ixrac etdiyi malların ümumi dəyəri 5 milyard 943 milyon ABŞ dolları təşkil edir. Ən çox ixrac məhsulları tekstil, ən az isə kənd təsərrüfatı və heyvandarlıq sahəsini əhatə edir.


Türkiyənin Rusiyaya göndərdiyi məhsullar

Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb noyabrın 24 də Rusiyaya məxsus Su24 təyyarəsinin Türkiyə - Suriya sərhəddində vurulması olub. Bundan sonra Rusiya tərəfi Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR