Azərbaycanın yeni xüsusi təyinatlı texnikası

Azərbaycanın yeni xüsusi təyinatlı texnikası
13:01 31 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinə məxsus yeni inşa olunmuş qarnizon kompleksinin və yeni alınmış xüsusi texnikalara baxış mərasimi keçi­rilib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbay­canlı­ları­nın Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim edib.

General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçir­ib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.

Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub. Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avto­texnikanın təqdimatı keçirilib.





Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydan­çasının, yeni yaradılmış qalxma və enmə zolaq­larının, eləcə də digər yeni tikililərin təqdimatı olub.

Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas para­metrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviy­yəsində təşkil etmək üçün lazımi şəraitin yara­dıldığı bildirilib.

Burada yerləşən xidmə­ti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Anqarlarda helikop­terlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub. Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzin­də əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb.




Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıq­dan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuş­ların idarə edilmə­sinin təqdimatı olmuşdur.Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşun­la­rının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar edib.



Elçin Quliyev bir qrup hərbi qulluqçunu təltif edib

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR