Rusiya iqtisadiyyatı üçün bəd proqnoz

Rusiya iqtisadiyyatı üçün bəd proqnoz
13:22 31 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiymətinin düşməsi fonunda rubl illik ən aşağı həddədək ucuzlaşıb və Rusiya gələn il də iqtisadi çöküşün davam etməsi perspektivinə tuş gəlib. Bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr xatırladır ki, bu ilin sentyabrında prezident Vladimir Putinin "böhranın pik həddinin artıq keçdiyini" söyləsə də, indi bu "optimist gözləntilər" buxarlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Beynəlxalq Bankın proqnozlarına görə, 2016-cı ildə Rusiyada ÜDM 0.7% azalıb, Mərkəzi Bank isə neftin qiyməti 50 dollara çatarsa, daha 0.5-1% azalma gözləyir. Əgər qiymət 35 dollar olsa, o zaman ÜDM 2-3% azalacaq.

Məqalə müəlliflərinə görə, Rusiya rəhbərliyinin siyasi hərəkətləri iqtisadi problemlərə gətirir. "Məsələn, Ukrayna və Türkiyə mallarının idxalına qoyulan məhdudiyyətlər inflyasiyanın daha da artmasına gətirə bilər" - nəşr qeyd edir.

Öncə 2015-ci ilin yekunlarına əsasən, Rusiyada inflyasiya göstəricisinin 13%-i keçəcəyi xəbər verilmişdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR