"Azimport”dan Eldar Mahmudovun dəstəsi haqda BƏYANAT

"Azimport”dan Eldar Mahmudovun dəstəsi haqda BƏYANAT
13:27 31 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bir qədər əvvəl ləğv olunmuş MTN əməkdaşları tərəfindən bu ilin mayında həbs olunmuş Rəşad Məmmədovun təsisçilərindən biri olduğu "Azimport" MMC bəyanat yayıb.

Bəyanatda MMC-nin rəhbəri olan Azər Əsgərovun həmin dövrdə davamlı olaraq MTN-in sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qaldığı qeyd olunur. Bildirilir ki, o zaman şirkətin rəhbərindən vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə  "Azimport" MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı İdarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması barədə ərizələr yazdırmaq istəyiblər.

Şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədlərini götürüb aparıblar: "Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan "Azimport" MMC-nin əmlakını ələ keçirmək olub. Yalnız prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-in rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, o cümlədən Azər Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib.

Lakin MTN-in ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqda yayılan məlumatlar da buna misal ola bilər. "Azimport" MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o, hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqələrinə xitam verilib".

Bəyanatda MMC haqda bu günə qədər mətbuat orqanlarında, xüsusilə də internet mediasında yayılan məlumatlara münasibət açıqlanır. Bildirilir ki, belə məlumatların əksəriyyəti "MTN mətbəx"ində hazırlanaraq dövriyyəyə buraxılıb:
Məsələn, 9 ay əvvəl  - mart ayında Azadlıq Radiosunun "Qaynar xətti"ndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin -  paytaxtın Bayıl qəsəbəsindəki "Şanxay" adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.

İlk növbədə, yenidən xatırlatmağa ehtiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan "Azimport" MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də "Azimport" MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, "Azimport" MMC təkcə "Şanxay" ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir".

Bəyanatda o da qeyd edilir ki, "Azimport" MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək ümumilikdə 2 milyon 289 min 407 manat əmək haqqı ödəyib. Bu məbləğin yalnız 1 milyon 100 min manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülüb. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1 milyon 189 min 407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olub: "Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işləri üzrə "Azimport" MMC-yə ödənilməyən vəsaitin həcmi isə  şirkətin borclarından xeyli çoxdur.

Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur".

""Azimport" MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əmək haqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır. Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşı qeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir" - deyə, bəyanatda vurğulanır.

Bəyanatda Rəşad Məmmədovun milliyyəti barədə yayılmış məlumatlara da aydınlıq gətirilir: "Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan Rəşad Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib,  Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi Milli Orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb".

O da qeyd olunur ki, hazırda Rəşad Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır və bu səbəbdən  şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı yoxdur: "Belə məlumatlardan 4 övlad atası olan Rəşad Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda "xalq düşməni" obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir"

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər

26 Aprel 2017 08:32

Lerikdə yanğın olub

26 Aprel 2017 08:32

Məktəbin həyətində BƏDBƏXT HADİSƏ - Traktor aşdı, uşaqlar altında qaldı

26 Aprel 2017 08:28

Bakıda mənzildə meyit tapılıb

26 Aprel 2017 08:27

Bakıda torpaq qiymətləri dəyişə bilər

26 Aprel 2017 08:22

Dominikanda daşqınlara görə 14 mindən çox insan təxliyə edilib

26 Aprel 2017 08:22

Maral 15 nəfərin yaralanmasına səbəb oldu

26 Aprel 2017 08:22

ABŞ Cənubi Koreyada THAAD-ın yerləşdirilməsinə başlayıb

26 Aprel 2017 08:17

İllər sonra bu toyda bir araya gəldilər - FOTO

26 Aprel 2017 08:17

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 109 il keçir

26 Aprel 2017 08:05

Trampdan yeni təyinat

26 Aprel 2017 08:05

Marsial "Lion"a maraqlıdır

26 Aprel 2017 07:57

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

26 Aprel 2017 07:53

"Vatanım sensin"də iki sürpriz ad - FOTO

26 Aprel 2017 07:52

Tanınmış yerli kişilər qadın olarsa... - FOTO

26 Aprel 2017 07:42

ABŞ bu gün qitələrarası ballistik raket atacaq

26 Aprel 2017 07:39

Qadın sərnişindən avtobusda GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO

26 Aprel 2017 07:38

"Liderlərimizi satmaq istəmirik"

26 Aprel 2017 07:37

Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

26 Aprel 2017 07:32

Piylənmə siqaretdən daha qorxuludur

26 Aprel 2017 07:23

Məşhur model toyunda Azərbaycandan geyindi - FOTO

26 Aprel 2017 07:22

Fransada miqrantlar dalaşdı

26 Aprel 2017 07:19

Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 07:17

"Mançester Yunayted"in növbəti transfer hədəfi

26 Aprel 2017 07:17

Cey Lonu bir də belə görün - FOTO

26 Aprel 2017 07:12

Çin öz istehsalı olan ilk təyyarə gəmisini suya buraxıb

26 Aprel 2017 07:07

Əlidən Nazla bağlı gözlənilməz qərar - VİDEO

26 Aprel 2017 07:05

Qapıçıdan möhtəşəm qol - VİDEO

26 Aprel 2017 07:03

“Maradona və Messidən güclü olmuşam” - Romario

26 Aprel 2017 06:59

Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

26 Aprel 2017 06:54

"Milan"a azarkeşlik edən slovakiyalı modelin ehtiraslı FOTOSESSİYASI

26 Aprel 2017 06:33

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya vəfat edib

26 Aprel 2017 06:32

Luna sima oldu - FOTO

26 Aprel 2017 06:32

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

26 Aprel 2017 06:14

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26 Aprel 2017 05:57

Məktəbli avtobusu qəzaya uğradı - 15 yaralı

26 Aprel 2017 05:48

Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib

26 Aprel 2017 05:42

Supermodellər bir arada - FOTO

26 Aprel 2017 05:32

Mosulda 15 dinc sakin öldürüldü

26 Aprel 2017 05:19

"İlk görüşdə yatağa girmirəm"

26 Aprel 2017 05:04

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26 Aprel 2017 04:57

Ağırlıqqaldırma ilə məşğul olan 16 yaşlı qız dünyasını dəyişdi

26 Aprel 2017 04:53

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18