Bakılı qızğ bakirəliyini satmaq istədi, aldadıldı

Bakılı qızğ bakirəliyini satmaq istədi, aldadıldı
13:32 31 Dekabr 2015
848 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yayında Rusiyanın Perm vilayətinin Berezniki şəhərin gedərək internetdə anlaşdığı kişiyə bakirəliyini 14 min dollara satmaq istəyən, ancaq aldadılan və zorlanan Azərbaycan vətəndaşının taleyindən xəbər var.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Kristina adlı həmin qız Moskvada məskunlaşıb. O, bildirib ki, qorxusundan Azərbaycana qayıda bilməyib. Çünki qohumları qızın onların adını biabır etdiyini düşünür və qayıdacağı halda ona divan tuta bilərlər.

Kristinanın ata-anası vəfat edib və dediyinə görə, Bakıda tək yaşayırdı.

Kristinanın başına gələn əhvalat xeyli müddət Rusiya mətbuatında mövzu olub. Xatırladaq ki, Bakı Avropa Oyunlarında könüllü olan və "Əli və Nino" filmində epizodik rol alan Kristina internetdən Berezniki sakini Mixaillə tanış olub və bakirəliyini 14 min dollara satmağa razılaşıb. Lakin Bakıdan Permə gedəndən sonra Mixail qızı aldadıb, danışdıqları pulu verməyib. Üstəlik onu zorladıqdan sonra fahişəliyə məcbur etməyə çalışıb.

Kristina isə saxlanıldığı mənzildə tək qalanda özünü 3-cü mərtəbədən ataraq xilas ola bilib, ancaq çoxsaylı sınıq xəsarətlərindən aylarla xəstəxanada müalicə olunub.

Rusiya tərəfi ona kömək göstərilməsi üçün Azərbaycan konsulluğuna müraciət edib. Buna baxmayaraq qıza kömək etmək istəyən tapılmayıb. Kristinanı aldadan və zorlayan şəxs isə həbsdən buraxılıb, onu məcburi psixoloji müalicəyə göndəriblər. Baxmayaraq ki, bu, həmin şəxsin ikinci belə cinayəti idi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR