Qusarda qar yolları iflic etdi - FOTO

Qusarda qar yolları iflic etdi - FOTO
13:42 31 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il günü qarın yağması Qusarda fəsadlara səbəb olub. Gecə saatlarından yağmağa başlayan qar əsasən rayonun mərkəzdən kənar yollarında problemlər yaradıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, havanın şaxtalı olması yolların buz bağlamasına gətirib çıxarıb ki, bu da sürücülərin hərəkətinə maneələr yaradıb.

Daha ciddi vəziyyət isə Xudat və Rusiya sərhədi istiqamətindəki yollarda müşahidə edilir. Sürücülər də buzlu yollarda hərəkətin təhlükəli olduğunu deyir və yollarda tədbir görülmədiyindən şikayətlənirlər.

Rayonun mərkəzi yollarında isə vəziyyət nisbətən yaxşıdır. Buz bağlayan yollara qum tökülüb. Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev havanın qarlı və şaxtalı olması ilə bağlı gecə saatlarından gücləndirilmiş iş rejiminə keçdiklərini bildirib. Onun sözlərinə görə, rayonda kifayət qədər qum və duz ehtiyatı var.

300 ton qum, 50 ton duz ehtiyatı olduğunu bildirən rəsmi hazırda bütün istiqamətlərdə yolların açıq olduğunu deyib. Şahdağ, Qusar-Quba istiqamətlərində yollarda işlədiklərini bildirən qurum rəsmisi Rusiya sərhədi istiqamətində də yola nəzarətin artırılacağını deyib.

Quba ərazi hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, gecə saatlarında və səhər dağlarda 12 dərəcə şaxta, Quba və Qusarda isə 5 dərəcə şaxta müşahidə olunub. Qarın hündürlüyü 10-15 sm-ə çatır. Quba-Xınalıq yolunda isə qar hələ fəsadlar törətməyib və yol açıqdır.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR