Ata özünü və iki uşağını 9-cu mərtəbədən atdı

Ata özünü və iki uşağını 9-cu mərtəbədən atdı
14:01 31 Dekabr 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Perm şəhərində ata iki uşağı ilə birgə özünü 9-cu mərtəbədən aşağı atıb.

ANS PRESS-in məlumatına görə, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İnsidentin baş verdiyi yerə gələn müstəntiqlər güman edirlər ki, kişi 9-cu mərtəbənin pəncərəsindən əvvəlcə 10 yaşlı qızını, sonra 9 yaşlı oğlunu atpıb. Sonda isə özünün həyatına son qoymaq istəyib.

Hadisə şahidləri dərhal təcili tibbi yardıma zəng vurublar. Uşaqları və atalarını huşsuz vəziyyətdə xəstəxanaya çatdırmaq mümkün olub. Xəstəxanadan verilən məlumata əsasən, yaralılar reanimasiya şöbəsinə yerləşdiriliblər və onların vəziyyəti ağırdır.


Perm, Rusiya

Müstəntiqlər hal-hazırda qonşular və qohumları dindirərək, məsələni araşdırmağa çalışırlar. İlkin məlumatlara görə, həmin ailə hüquq-mühafizə orqanlarında qeydiyyatda olmayıb. Uşaqlarını və özünü pəncərədən atan kişi 10 il əvvəl başından zədə alıb və ola bilər ki, bu onun beyində problemlərə yol açıb.

Hazırda həmin ata barəsində cinayət işi açılıb, o, "iki azyaşlı şəxsi öldürməyə cəhd" maddəsi ilə ittiham olunur.

Rusiyada analoji hal bir neçə gün öncə də baş verib. Paytaxt Moskivada iş qadını əvvəlcə 6 aylıq oğlunu, sonra isə özünü binadan atıb. Nəticədə ana və körpə uşaq hadisə yerindəcə ölüb. Onun işini itirməkdən qorxduğu üçün belə addım atdığı ehtimal edilir.

Bənzər hadisə noyabrda da qeydə alınıb - ana iki azyaşlı övladlarını pəncərədən atandan sonra, onların ardınca ana özünü də pəncərədən atıb. Hadisə İrkutsk vilayətində qeydə alınıb. Məlum olub ki, ana əslən Azərbaycandan olub. Özünü və iki azyaşlı - 4 və 2 yaşlı uşaqlarını pəncərədən atan qadın və övladlarından biri yerindəcə dünyasını dəyişib. 4 yaşlı uşaq isə yaralı vəziyyətdə xəstəxanaya aparılsa da, o, bir neçə gündən sonra dünyasını dəyişib.

Vəziyyəti şərh edən psixoloq isə bildirib ki, qadının kəskin psixi problemləri olub. Ehtimal edilir ki, hadisə məhz bu səbəbdən baş verib.


Hadisənin baş verdiyi ərazi





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR