Şimal bölgəsi Yeni ili qarla qarşılayır

14:13 31 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 31 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 30-u axşam saatlarından başlayaraq Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, Qubanın Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb. Qusar rayonunun Ləzə kəndində isə 25 santımetr qalınlığında qar var. Qubanın Qırız kəndində tempratur mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcəyədək enib.
Quba 6 saylı yol istismar sahəsindən verilən məlumata görə, rayon ərazisindəki bütün yollarda avtomobillərin hərəkəti təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simal_bolgesi_Yeni_ili_qarla_qarsilayir-915723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR