Xalqına yeni il təbriki ünvanlayan ilk dövlət başçısı

Xalqına yeni il təbriki ünvanlayan ilk dövlət başçısı
14:16 31 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Dünya liderlərinin Milad və Yeni il müraciətləri artıq ənənəyə çevrilib.

ANS PRESS-in məlumatına görə, bu ənənənin əsası 1932-ci ildə Böyük Britaniya kralı V Georq tərəfindən qoyulub. 80 il bundan əvvəl ilk bayram müraciəti radio vasitəsi ilə edilib.

1939-cu ildən Milad təbrikinin radiodan səsləndirilməsi ənənə halına salındı. Kraliça II Yelizaveta radioda birinci müraciətini 1952-ci ildə, televiziyadan isə 1957-ci ildə edib. Milad və yeni il müraciətlərinin birinci teletranslyasiyası 1952-ci ildə Almaniyada baş verib.


Böyük Britaniya kralı V Georq - liderlər arasında Yeni il və Milada təbriki ənənəsinin əsasını qoyan şəxs


Sovet xalqları isə ilk dəfə Yeni il müraciətini 31 dekabr 1935-ci ildə radio vasitəsi ilə SSRİ MSK-nın sədri Mixail Kalinin dilindən eşidiblər.

1946-cı ildə dayandırılan ənənə yalnız 1954-cü ildə SSRİ Ali sovetinin rəyasət heyətinin sədri Klim Voroşılov tərəfindən bərpa edilib. 1970 –ci ildə isə Sovet İttifaqı Kommunist Partiyasının MK-nın birinci katibi Leonid Brejnev SSRİ-də ilk dəfə televiziya vasitəsi ilə vətəndaşları yeni ilini təbrik etdi. 70-ci illərin ikinci yarısından isə onun təbrik nitqləri diktor İqor Kirillov tərəfindən səsləndirilib.


Leonid Brejnev - SSRİ-i MK-nın birinci katibi


Amma 1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov Sovet İttifaqı rəhbərlərinin yeni il təbriki ənənələrinə bir sıra dəyişikliklər etdi. O, həmvətənlərini Ostankino studiyasından deyil, Kremldəki kabinetindən təbrik edirdi.

Qorbaçov 1987-ci ildə ABŞ prezidentləri ilə qarşılıqlı Yeni il müraciətlərinin əsasını qoydu. Həmin il Mixail Qorbaçov ABŞ əhalisini, ABŞ prezidenti Ronald Reyqan isə sovet xalqını təbrik etdi. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov dövlət başçısı kimi xalqını sonuncu dəfə 1990-cı ilin təbrik edib.


SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Yeni il təbriki edərkən (1990-cı il 31 dekabr)


SSRİ dağıldıqdan sonra Rusiya vətəndaşları sonrakı səkkiz il ərzində sabiq prezidenti Boris Yeltsinin müraciətlərini dinləyiblər.

O, şampan şərabı ilə televiziyaya çıxan ilk dövlət rəhbəri kimi adını tarixə yazdırdı. 1997-ci ildə isə Yeltsin ailəsi ilə birlikdə televiziya vasitəsi ilə rus xalqının bayaramını təbrik edib.

2000-2007 -ci ildə Vladimir Putin, 2008-2011 ildə isə həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedev rus xalqına Yeni il müraciətləri ediblər.


Rusiyanın prezidenti Vladimir Putin Yeni il müraciəti (2001 -ci il 31 dekabr)

Uzun illərdir ki, Azərbaycanda da bu ənənə davam etdirilir. Hər il təqvimin sonuncu günündə ölkə başçısı televiziya vasitəsi ilə əhaliyə təbrik müraciəti edir.

Dövlət başçıları tək öz vətəndaşlarını təbrik etmir , həmçinin digər ölkələrin rəhbərlərinə də təbrik məktubu göndərirlər. Bu ənənə də artıq uzun illərdir mövcuddur.

Vladimir Putin ötən gün liderlərə ünvanladığı təbrik müraciətinə bəzi ölkə başçılarının adını salmayaraq onlara siyasi mesajlar göndərmiş oldu. Belə ki, siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Petro Poroşenko və Suriya prezidenti Bəşər Əsəd yoxdur.

Putin Barak Obama, Fransua Olland və Angela Merkel daxil olmaqla bir çox ölkələrin prezidentlərinə bayram təbriki ünvanlayıb. Açıqlanan təbrik göndərilməyən ölkələr arasında Əfqanistan, Boloviya, Yunanıstan, Gürcüsatan, Misir, İraq, İran İndoneziya, Səudiyyə Ərəbistanı, Polşa, Pakistan, Slovakiya da var. İndiki prezidentlərə bayram məktubu göndərməyən Putin sabiqləri unutmayıb. Belə sabiqlərdən Bill Klinton, Jak Şirak, Viktor Yanukoviç, Leonid Kuçma, Toni Bleyer, Hüsnü Mübarəkin adları təbrik alanlar siyahısındadır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR