Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıdan bir sıra aviareys təxirə salındı

Bakıdan bir sıra aviareys təxirə salındı

Date: 31 December 2015 14:17

Bəzi Yeni il uçuşları yerinə yetirilməyəcək.

Bu gün Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək.

Bu reyslərin ilk üçü "Azərbaycan Hava Yolları", sonuncusu isə "Türk Hava Yolları"na məxsus olan aviareysdir.

Bildirilib ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib.
 
Artıq 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.
Milli.Az


Tags:  Bakıdan sıra aviareys təxirə salındı


RƏYLƏR


Top news