Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni il ərəfəsində ABŞ və Avropada təhlükəsizlik tədbirləri gücləndirilib

Yeni il ərəfəsində ABŞ və Avropada təhlükəsizlik tədbirləri gücləndirilib

Date: 31 December 2015 14:18


Bakı, 31 dekabr, AZƏRTAC
Yeni ilin bayram edilməsi ərəfəsində ABŞ və Avropanın bir sıra ölkələrində əlavə təhlükəsizlik tədbirləri görülülüb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Belçika paytaxtında kütləvi tədbirlər və atəşfəşanlıq qadağan olunub. Londonun küçələrinə əlavə olaraq iki min silahlı polis çıxarılıb. ABŞ şəhərlərində də asayişin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Birləşmiş Ştatların xüsusi xidmət orqanları vəziyyətin nəzarətdə saxlandığını bildirirlər.
Brüssel ay yarımdan çoxdur ki, gücləndirilmiş mühafizədə saxlanılır. Bununla bağlı qərar təşkilatçıları Belçika vətəndaşları olan Paris terror aktlarından sonra qəbul olunub.


Tags:  Yeni il ərəfəsində ABŞ Avropada təhlükəsizlik tədbirləri gücləndirilib


RƏYLƏR


Top news