Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyadan Bakı və Gəncəyə uçuşlar ləğv olundu

Rusiyadan Bakı və Gəncəyə uçuşlar ləğv olundu

Tarix: 31 Dekabr 2015 14:32

RF Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "UTair" aviaşirkətinin Rusiyanın şəhərlərindən İrəvan, Bakı, Gəncə də daxil olmaqla, 10 reysin yerinə yetirilməsinə dair icazəni geri alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, həmin reyslərdən biri Samara-Bakı marşrutu ilə olub.
Məlumata görə, beynəlxalq hava sərnişin və ya yük daşınmasının yerinə yetirilməsinə dair müvafiq lisenziyalara malik daşıma şirkətlərinin bu hüququn geri çağırılması və yerinə yetirilməsi şərtlərinə dəyişikliklər edib.
Kazan-Bakı reysinin həyata keçirilməsinə icazə ilə bərabər, aviaşirkət həmçinin Krasnodar-İrəvan, Mineralnıe Vodi-İrəvan, Rostov-na-Donu-Barselona, Rostov-na-Donu-İrəvan, Samara-Bakı, Soçi-İrəvan, Surqut-Gəncə, Tümen-Gəncə reyslərinin də yerinə yetirilməsinə dair uçuşlardan məhrum olub.
Milli.Az


Teqlər:  Rusiyadan Bakı Gəncəyə uçuşlar ləğv olundu



RƏYLƏR


Top xəbərlər