DİN əhaliyə xəbərdarlıq etdi

DİN əhaliyə xəbərdarlıq etdi
15:33 31 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Trend əhaliyə edilən xəbərdarlığı təqdim edir:

"İctimaiyyətin nəzərinə bir daha çatdırmağı vacib hesab edirik ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunun 9-cu bəndinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılmışdır.

Ölkəmizdə böyük təntənə ilə qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində daxili işlər orqanlarının əməkdaşları Qanunvericiliyin tələblərinə əsasən, bu cür əşyaların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150.000-ə qədər, Sumqayıt Səhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8.000-ə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülmüş, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

Tezalışan maddələr və pirotexniki məmulatların satışına qarşı mübarizə tədbirləri bayram günlərində də nəzarətdə saxlanılmaqla reydlər davam etdiriləcəkdir.

İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan belə maddələrin satış yerləri, eləcə də istifadə edilməsi barədə məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti"nə məlumat vermələri tövsiyə edilir."

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR