"Brent" neftinin orta illik qiyməti 52,6 dollar/barelə düşüb

15:47 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, "Brent" markalı neft sonuncu dəfə 2008-ci ilin dekabr ayında 39,95 dollar/barelə (orta qiymət) satılıb. Beləliklə, "Brent"in 2015-ci il üzrə orta qiyməti 52,57 dollar/barelə bərabər olub ki, bu da 2014-cü ilin orta aylıq qiymətindən 46,46 dollar/barel və ya 46,9% azdır. 
Bu neft markasının orta illik maksimal qiyməti 2012-ci ildə qeydə alınıb və 111,63 dollar/barel təşkil edib. 2015-ci ilin orta aylıq qiyməti isə həmin göstəricidən 59,06 dollar/barel və ya 52,9% azdır.
WTI (Texas) markalı neftin 2015-ci il üçün orta aylıq qiyməti isə dekabrda 38,25 dollar/barel təşkil edib. Bu, Texas neftinin 2004-cü ilin iyun ayından etibarən ən aşağı qiymətidir. Qeyd edək ki, 2004-cü ilin iyun ayında Texas markalı neftin orta aylıq qiyməti 38,03 dollar/barel təşkil edib. 2015-ci il dekabr ayının orta aylıq qiyməti 2004-cü ilin iyun ayının analoji göstəricisindən 0,22 dollar/barel və ya 0,57% coxdur. Beləliklə, WTI neftinin 2015-ci il üçün orta illik qiyməti 48,77 dollar/barelə bərabər olub. Bu da Texas markalı neftin 2014-cü ilin orta illik qiymətindən 44,48 dollar/barel və ya 47,7% azdır. Texas neftinin maksimal illik qiyməti 2013-cü ildə qeydə alınıb və 97,98 dollar/barel təşkil edib. Cari ilin orta qiyməti 2013-cü ilin analoji göstəricisindən 49,21 dollar/barel və ya 50,2% azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/brent-neftinin-orta-illik-qiymeti-52-6-dollar-barele-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR