Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qırmızı Meydan moskvalıların üzünə bağlanır (VİDEO)

Qırmızı Meydan moskvalıların üzünə bağlanır (VİDEO)

Tarix: 31 Dekabr 2015 15:51

Rusiya hökuməti Moskvada Qırmızı Meydanın xüsusi təyinatlı polis qüvvələrinin tamamilə blokadaya alacağını açıqlayıb.

ANS TV-nin məlumatına görə, bunu Yeni il bayramı münasibətilə "Mavi işıq" proqramının çəkilişləri ilə izah edirlər. Rusiya xalqı, adətən, bu meydanda yeni ilin son dəqiqələrini keçirir, əylənirlər. Bayram tədbirlərinə paytaxt Moskvada 10 milyon insanın qatılacağı gözlənilir.

Rəsmi nümayəndələr isə moskvalıların bayramı öz evlərində keçirmələrini məsləhət görüb.

Qeyd edək ki, Qırmızı Meydan paytaxt sakinləri və qonaqları arasında ən məşhur yer hesab olunur. Hər il bura çoxlu sayda turist gəlir.





Qırmızı Meydan


Teqlər:  Qırmızı Meydan moskvalıların üzünə bağlanır VİDEO



RƏYLƏR


Top xəbərlər