160 minə qədər partlayıcı oyuncaq və pirotexniki vasitə satışdan çıxarılıb

160 minə qədər partlayıcı oyuncaq və pirotexniki vasitə satışdan çıxarılıb
15:59 31 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günlərində daxili işlər orqanlarının əməkdaşları partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150 000-ə qədər, Sumqayıt Səhər Polis İdarəsi əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8 000-ə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib.

 

Tezalışan maddələr və pirotexniki məmulatların satışına qarşı mübarizə tədbirləri bayram günlərində də nəzarətdə saxlanılmaqla reydlər davam etdiriləcəkdir. 

 

İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan belə maddələrin satış yerləri, eləcə də istifadə edilməsi barədə məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti"nə məlumat vermələri tövsiyə edilir.

 

Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunun 9-cu bəndinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR