Rusiyalı döyüşçü Fyodor Yemelyanenko rinqə qayıdaraq, nokautla qələbə qazanıb

Rusiyalı döyüşçü Fyodor Yemelyanenko rinqə qayıdaraq, nokautla qələbə qazanıb
16:07 31 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyalı döyüşçü Fyodor Yemelyanenko 3 illik fasilədən sonra rinqə çıxıb. "Report"un məlumatına görə, 39 yaşlı idmançı Yaponiyada özündən 11 yaş kiçik hindistanlı Ceydip Sinqhlə üz-üzə gəlib.
Qarşılaşma elə ilk raunddaca başa çatıb. Yemelyanenko rəqibini yerə yıxaraq, ona boğucu fənd tətbiq etdikdən sonra zərbələr endirməyə başlayıb. Referi isə görüşü dayandıraraq, rusiyalı döyüşçünü qalib elan edib.
Qeyd edək ki, Fyodor Yemelyanenko sonuncu dəfə 21 iyun 2012-ci ildə rinqə çıxıb. O, braziliyalı Pedro Rizzonu nokautla yenib. 


Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/rusiyali-doyuscu-fyodor-yemelyanenko-rinq-nokaut

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR