Əsgərlərlər bayramı valideynləri və yaxınları ilə birlikdə qeyd ediblər

16:08 31 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 31 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 31-də Müdafiə Nazirliyinin Qusar şəhərindəki “N” hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı günü” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Açıq qapı” günündə hərbi hissəyə gələn əsgər valideynləri və yaxınları şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olublar. Onlara xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanası və yeməkxanasına baş çəkmək imkanı yaradılıb.
Hərbi hissə ilə tanışlıq zamanı əsgər valideynləri və yaxınlarına xidmət şəraiti, əsgərlərin gündəlik yaşam tərzi, qida rasionu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tanışlıqdan sonra zabit heyəti, valideynlər və əsgərlər birlikdə nahar süfrəsinə əyləşiblər. Hərbi qulluqçular valideyn və yaxınlarını əsgər yeməyinə qonaq ediblər.
Daha sonra Yeni il yolkası ətrafında toplaşan qonaqlar hərbi qulluqçulara öz xoş arzularını çatdırıblar. Övladlarının diqqət və qayğı ilə əhatə olunduqlarını bildirən valideynlər, hərbi hissədəki xidmət və məişət şəraitindən razı qaldığlarını söyləyiblər.
“Açıq qapı” günündə iştirak edən bütün əsgər valideynləri və yaxınları səmimi və yüksək əhval ruhiyyədə keçən görüşə görə təşkilatçılardan razılıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asgerlerler_bayrami_valideynleri_ve_yaxinlari_ile_birlikde_qeyd_edibler-915731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR