Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlin son günü Qusarda açıq qapı və yeni il şənliyi baş tutdu

Date: 31 December 2015 16:31

Qusarda Müdafiə Nazirliyinin "açıq qapı" tədbiri yeni il şənliyilə birgə keçirilib. Müdafiə Nazirliyinin bu addımı əsgər- valideyn əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Qusarda qarlı-şaxtalı hava şəraiti müşahidə olunmasına baxmayaraq xeyli sayda valideyn övladının qulluq yerinə gəlib. Əvvəlcə valideynlərlə hərbi hissənin girəcəyində əsgərlərin görüşü baş tutub. Sonra valideyinlər övladları ilə birgə hərbi hissənin kazarmasında əsgərlərim məişət, istirahət, dərs otaqları ilə yaxından tanış olublar.





Qusardakı hərbi hissəsinin komandir müavini Fikrət Əsədovun sözlərinə görə, bu addım valideyinlərin övlıadlarının şəraitlərini görüb, rahat olmalarına köməkçi olacaq.

Hava şəraitinə görə tədbir hərbi hissənin yeməkxanasında davam etdirilib. Tədbir iştirakçılarına nazir Zakir Həsənovun yeni il təbriki oxunub, 2-ci dəfədir keçirlən açıq qapı gününün mahiyyətindən bəhs edilib.

Daha sonra hərbçilər və valideynlər birgə nahar edib, əsgərlərin bayram tortu kəsilib. Tədbirdə rayon prokuroru Zahid Vəliyev də iştirak edib.












Tags:  İlin son günü Qusarda açıq qapı yeni il şənliyi baş tutdu


RƏYLƏR


Top news