Azərbaycanlılar Bodrumda 150 minlik mənzillər alırlar

Azərbaycanlılar Bodrumda 150 minlik mənzillər alırlar
16:37 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artmaqda davam edir. Azərbaycanlıların Türkiyənin əmlak bazarında marağına səbəb olan əsas bölgələrdən biri də Bodrum şəhəridir. Belə ki, 2013-cü ildən indiyədək bu kurort şəhərində mənzil alan azərbaycanlıların sayı 135 nəfərə çatıb.
Bu barədə "Report"a Türkiyədə daşınmaz əmlak bazarında fəaliyyət göstərən "Artev Global" şirkətindən məlumat verilib.
Qeyd edək ki, azərbaycanlıları cəlb edən ərazi Egey dənizinin sahilində yerləşən yaşayış kompleksləridir. Şirkətin verdiyi məlumata görə, həmyerlilərimiz əsasən "1+1" terraslı və iki mərtəbəli fərdi evlərə üstünlük verirlər. Bu evlərin qiyməti 145-155 min avro diapazonunda dəyişir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanlilar-bodrumda-150-minlik-menziller-alirlar-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR