Azərbaycanda kişinin qulağını kəsdilər

Azərbaycanda kişinin qulağını kəsdilər
18:31 31 Dekabr 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşda dəhşətli hadisə baş verib. 45 yaşlı İlham Rzayevi bıçaqlayıb, daha sonra qulağını kəsiblər.

Qulağı kəsilən 1970-ci il təvəllüdlü, rayonun Məşəd kənd sakini İlham Telman oğlu Rzayevin qardaşı Vüqar Rzayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb. Vüqar qardaşının bıçaqlanması haqqında bunları dedi:

"Qardaşımın qulağını kəsən şəxslərlə İlhamı dünən axşam kafedə yeyib içərkən gördüm. Gecə saatlarında iki nəfər məni çağıraraq qardaşımın bıçaqlandığını dedi. Xəstəxanada qardaşımın qulağının kəsildiyini gördüm. Hadisəni 6 nəfər törədib. Onlar gecə qardaşımla ayrıldıqdan bir müddət sonra evinə gələrək onu yerə yıxıb, daha sonra qulağını kəsib, arxa nahiyəsindən və qarnından bıçaq zərbələri endiriblər. Hazırda qardaşım xəstəxanadan çıxıb, onun vəziyyəti orta-ağırdır. Müalicəsi evdə davam etdirilir".

Məsələ ilə bağlı Ağdaş rayon Polis İdarəsinə müraciət etsək də, faktı təsdiq etmədilər və belə bir hadisənin baş vermədiyini bildirdilər.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasından isə yaralıya lazımı yardım göstərilərək evə buraxıldığını bildirdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR