Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağcabədi sakinləri bayram yarmarkasından razılıq edirlər

Ağcabədi sakinləri bayram yarmarkasından razılıq edirlər

Date: 31 December 2015 19:08


Ağcabədi, 31 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Ağcabədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi stadionunda keçirilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil olunan yarmarkaya fermerlər tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb.
Məhsullar bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılıb. Alıcılar “Atena" MMC süd məhsulları kombinatının, "BMS AQRO" MMC südlük keçi və qoyun təsərrüfatı müəssisəsinin məhsullarına daha çox maraq göstəriblər.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildiriblər.



Tags:  Ağcabədi sakinləri bayram yarmarkasından razılıq edirlər


RƏYLƏR


Top news