Silahlı Qüvvələrdə keçirilən "Açıq qapı" günü tədbirləri başa çatıb

Silahlı Qüvvələrdə keçirilən "Açıq qapı" günü tədbirləri başa çatıb
19:28 31 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün təşkil olunan "Açıq qapı" günü tədbirləri başa çatıb.
Dekabrın 31-də Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan "Açıq qapı" günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.
Bütün şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri çatdırılıb.
Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraiti ilə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikasına, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.
Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib və valideynlərə təşəkkür məktubları təqdim olunub.
Bütün hərbi hissələrdə valideynlər komandanlıqla görüşüb, onları maraqlandıran suallara cavab tapıb və sonda birlikdə xatirə şəkli çəkdiriblər.
Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinə də hərbi hissələrdə keçirilən "Açıq qapı" gününü izləməyə şərait yaradılıb.
"Açıq qapı" günləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Silahli_Quvvelerde_kechirilen__quotAchiq_qapi_quot_gunu_tedbirleri_basa_chatib-915742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR