Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəniz nəqliyyatı ilə 7,2 min nəfər sərnişin daşınıb

Dəniz nəqliyyatı ilə 7,2 min nəfər sərnişin daşınıb

Date: 31 December 2015 19:48


Bakı, 31dekabr, AZƏRTAC
Dəniz nəqliyyatı ilə 2015-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 6,2 milyon ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,4 faiz azdır. Daşınan yüklərin 66,4 faizi neft məhsullarıdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 7,9 milyon ton yükləmə-boşaltma işləri görülüb. Yüklərin 94,2 faizini tranzit yüklər təşkil edib. Dekabr ayının 1-nə qədər limanlarda göndərilmək üçün 113,8 min ton idxal yükləri olub.
Dəniz nəqliyyatı ilə bu ilin 11 ayı ərzində 7,2 min nəfər sərnişin daşınıb.
 

Tags:  Dəniz nəqliyyatı min nəfər sərnişin daşınıb


RƏYLƏR


Top news