Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sözlə fırçanın vəhdəti “Ədəbi təsvir” sərgisində

Sözlə fırçanın vəhdəti “Ədəbi təsvir” sərgisində

Date: 31 December 2015 20:03


Sumqayıt, 31 dekabr, AZƏRTAC 
Sumqayıt Dövlət Rəsm Qalereyasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Ədəbi təsvir” adlı sərgi açılıb.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, sərgidə Bülbül adına Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri və Nizami Gəncəvi adına Kitabxana Klubun rəsm dərnəyi üzvlərinin 28-ə yaxın əl işləri nümayiş edilib. Əsas məqsəd poeziyanı uşaqlara sevdirmək və bunu gələcək nəsillərə aşılamaq olub.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Nizami Gəncəvi adına Kitabxana Klubun direktoru Zərnigar Babayeva, Cəfər Cabbarlı adına Mədəniyyət Evinin direktoru Aygün Qəhrəmanova, eləcə də şairlər uşaqları təbrik edib, belə tədbirlərin sayının artırılmasının vacibliyindən danışıblar. Bildirilib ki, sözlə fırçanın vəhdəti hər zaman böyük əsərlərin ərsəyə gəlməsinə səbəb olub.
Sonda uşaqlara kitablar hədiyyə olunub.




Tags:  Sözlə fırçanın vəhdəti Ədəbi təsvir sərgisində


RƏYLƏR


Top news