Azərbaycanlılar Rusiyada qan tökdü

Azərbaycanlılar Rusiyada qan tökdü
20:06 31 Dekabr 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada Azərbaycan vətəndaşını bıçaqlayaraq, öldürüblər.

ANS PRESS-in məlumatına görə, hadisə Zelenaqrad şəhərində baş verib. Böyük şəhərin gölü ətrafında bir nəfər bıçaqlanmış şəxs tapılıb. Hal-hazırda bu cinayət ətrafında araşdırmalar aparılır. Ölən kişinin ailə münaqişəsi zəminində bıçaqlandığı güman edilir.

Hadisə ötən gün olub. Zelenaqrad şəhər hüquq-mühafizə orqanlarının məlumatına görə, bir qrup azərbaycanlı qohumlar öz aralarındakı münasibətləri aydınlaşdırmaq üçün Böyük şəhərdə yerləşən gölün ətrafında görüşüblər. Yaranmış qarşılıqlı anlaşılmamazlıq nəticəsində qohumlardan biri digərini çiyin və baldır nahiyəsindən bıçaqlayıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Zelenaqrad, Rusiya

Polis bölməsindən verilən məlumatlara əsasən, şübhəli şəxs artıq həbs olunub. O, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərərvurma maddəsi ilə ittiham olunur. Həbs olunan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



Azərbaycanlılarla bağlı Rusiyada bu ay yenə buna bənzər hadisə olub. Belə ki, Rusiyanın Voronej şəhərində Azərbaycandan olan kriminal avtoriteti güllələyiblər. Hadisə Voronejin "Lenaya skazka" kafesində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 37 yaşlı avtoriteti öz qohumu 32 yaşlı Xanlar adlı şəxs öldürüb. Hazırda bununla bağlı istintaq işləri aparılır, şahidlər dindirilir.


Varonij, Rusiya

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR