Azərbaycandan aparılan alma Rusiyaya buraxılmadı

Azərbaycandan aparılan alma Rusiyaya buraxılmadı
20:17 31 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandan aparılan alma yükü Azərbaycan-Rusiya sərhədinin Dağıstan ərazisində saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yük Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində fitosanitar-karantin nəzarət xidməti tərəfindən saxlanılıb.

"Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsindən verilən məlumata görə, yükün saxlanmasına səbəb məhsulların fitosanitar sertifikatının olmamasıdır. Fitosanitar-karantin nəzarət xidmətindən bildiriblər ki, həmin məhsullarda "Kaliforniya böcəyi" xəstəliyinin əlaməti aşkarlanıb. Yükün sahibi isə buna görə inzibati məsuliyyətə cəlb olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/394561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR