Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Filippində 8 terrorçu məhv olundu

Filippində 8 terrorçu məhv olundu

Date: 31 December 2015 20:17

Filippinin Sulu əyalətində hökumət qoşunlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində "Abu Səyaf" terror qruplaşmasının 8 silahlısı məhv edilib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, əməliyyat zamanı 1 hərbçi həlak olub, 4-ü yaralanıb.
 
Filippin kəşfiyyatı Patikul şəhəri yaxınlığında əcnəbi girovların saxlanıldığını güman edir.  Ötən ay ekstremistlər girov götürdükləri kanadalı turistin və norveçli jurnalistin görüntülərini yayıblar. Terrorçular onların sərbəst buraxılması üçün 21 milyon ABŞ dolları tələb ediblər.
 
Qeyd edək ki, "Əbu Səyaf" qruplaşması "Əl-Qaidənin" Filippindəki qolu hesab edilir.
Milli.Az


Tags:  Filippində terrorçu məhv olundu


RƏYLƏR


Top news